Pleyeri seçin:

Bakıda hoteldə dəhşətli qətl | Oğlan “Günel” ləqəbli kişi ilə görüşə gedəndə isə... - Baku TV

24 oktyabr 2026 6 baxış

Sosial şəbəkələrdə tanış olduğu şəxsi qətlə yetirməkdə təqsirləndirilən Röyal İsmayılovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən baxış iclasında prokuror təqsirləndirilənə ittiham aktını elan edib. Röyal İsmayılov ittihamla özünü təqsirli bilib.

İttihamda bildirilir ki, Röyal İsmayılov sosial şəbəkələrdə tanış olduğu cinsi azlıq nümayəndələri Orxan Umayev və özünü Günel Allahverdiyeva kimi təqdim edən Cavid Allahverdiyevlə ayrı-ayrılıqda görüş təyin edib. Buna görə Tovuzdan Bakının Binə qəsəbəsinə gəlib, qabaqcadan hazırladığı bıçağı da özü ilə götürərək ilkin olaraq Orxan Umayevlə görüşməyə gedib.

Röyal İsmayılov Nərimanov rayonu Ziya Bünyadov prospektindəki hotellərdən birində Orxan Umayevlə görüşüb. Hotelin daxilindəki pilləkənləri qalxarkən bıçaqla ona kürəyindən bir neçə zərbə endirərək hadisə yerindən qaçıb. Orxan Umayev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Bundan sonra Röyal İsmayılov razılaşdığı kimi Cavid Allahverdiyevlə görüşməyə gedib. Nəsimi rayonu ərazisində danışdıqları ünvana çatarkən "Günel" ləqəbli Cavid Allahverdiyevin yaşadığı binanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığı üçün əməlini həyata keçirə bilməyib.

Təqsirləndirilən ifadəsi zamanı hər iki şəxslə qabaqcadan məqsədyönlü şəkildə danışaraq görüşdüyünü deyib. Röyal İsmayılov vurğulayıb ki, həmin şəxsləri öldürmək üçün qabaqcadan plan qurub.

Qeyd edək ki, hadisə 2026-cı ilin fevralında Bakının Nərimanov rayonu ərazisində baş verib. Röyal İsmayılova qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Banner
Paytaxtda qanlı hadisə | Kafedə aləm bir-birinə dəydi - Baku TV CANLI

Paytaxtda qanlı hadisə | Kafedə aləm bir-birinə dəydi - Baku TV CANLI

Hadisə
24 oktyabr 2026 6 baxış
Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV

Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV

Hadisə
23 oktyabr 2026 6 baxış
Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 6 baxış
Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 6 baxış
"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

Hadisə
23 oktyabr 2026 6 baxış
Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Hadisə
23 oktyabr 2026 6 baxış
Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI

Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 6 baxış
Quba Olimpiya İdman Kompleksinin direktoru və mühasibi həbs edildi - Baku TV

Quba Olimpiya İdman Kompleksinin direktoru və mühasibi həbs edildi - Baku TV

Hadisə
23 oktyabr 2026 6 baxış
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV

Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV

Hadisə
23 oktyabr 2026 6 baxış
Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT

Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT

Hadisə
22 oktyabr 2026 6 baxış
Seçilmişlər
icon