Pleyeri seçin:
Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV
Qazax rayonunun Ağköynək kəndində yaşayış evində partlayış baş verib.
Hadisə zamanı ev sahibi, 36 yaşlı Məhəmməd Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, yaxınlarının köməyi ilə dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə şahidi olan qonşulardan biri baş verənləri belə təsvir edib:
“Partlayış səsini eşidib dərhal oraya qaçdıq. Gördük ki, vəziyyət ağırdır, qolu yanmışdı, dərisi də soyulmuşdu”.
Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib. Bədəninin müxtəlif nahiyələrinin II və III dərəcəli termiki yanığı diaqnozu qoyulan M.Məmmədov zəruri tibbi xidmətlərdən sonra Bakıya – Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Kopyalandı
#Qazax teqi istifadə olunub
- Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI
- “Söhbət toyda başlayıb, nə olubsa...” | 17 yaşlı şagird 20 yaşlı oğlanı niyə bıçaqladı? - Baku TV
- "Neçəsini kürəkənim tutub, pul verib ki..." | Əhali dəhşət içində yaşamaqdan təngə gəlib - Baku TV
- "Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV
- Qazaxda avarçəkmə tədbiri böyük maraq doğurdu - Baku TV
