“Söhbət toyda başlayıb, nə olubsa...” | 17 yaşlı şagird 20 yaşlı oğlanı niyə bıçaqladı? - Baku TV
Qazaxda məktəbli həmkəndlisini bıçaqlayıb.
Hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.
Məlumata görə, toyda olan 11-ci sinif şagirdi Sabir Vəliyevlə 20 yaşlı Hümbət Omarov arasında mübahisə düşüb. Daha sonra yeniyetmə həmkəndlisini bıçaqlayıb.
Xəsarətalan şəxsin qohumu Bilal Omarov hadisənin toyda başlayan mübahisədən sonra baş verdiyini bildirib:
“Söhbət toyda başlayıb. Bizim kəndin üstündən kanal keçir. Onu kanalın üstünə aparıb, orada bıçaqla vurub. Atası yoxdur, tək anası var”.
Digər qohum Sarı Omarov isə hadisədən əvvəl tərəflərin toyda spirtli içki qəbul etdiyini deyib:
“Qonşuda toyda olublar. İçiriblər. O da qudurub”.
Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 5 oktyabr 2026-cı ildə 2006-cı il təvəllüdlü kişi qarın və döş qəfəsinin çoxsaylı deşilmiş-kəsilmiş yaraları diaqnozu ilə Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib:
“Xəstə dəyərləndirilib və təcili əməliyyata alınıb. Hazırda xəstəxanamızın Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır stabil olaraq qiymətləndirilir”.
Məlumata görə, Hümbət Omarov bir neçə ay əvvəl hərbi xidmətdən tərxis olunub.
Faktla bağlı araşdırma aparılır.
#Qazax teqi istifadə olunub
- "Neçəsini kürəkənim tutub, pul verib ki..." | Əhali dəhşət içində yaşamaqdan təngə gəlib - Baku TV
- "Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV
- Qazaxda avarçəkmə tədbiri böyük maraq doğurdu - Baku TV
- Qazaxda ailə faciəsi | Ata və qızı göldə faciəvi şəkildə həyatlarını itirdi - Baku TV
- Böyük şairin doğma yurdu - Qazaxda Vaqif Poeziya Günləri başlayıb - Baku TV
