“Elə burada 100-dən çox adamı...” | Şəkidə küçə iti 4 yaşlı uşağa dəhşət yaşatdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki şəhərində 4 yaşlı qız anasının yanında sahibsiz itin hücumuna məruz qalıb.
Hadisə noyabrın 21-də səhər saatlarında şəhərin Sabit Rəhman küçəsində, bazarın yaxınlığında baş verib.
Sakinlərin sözlərinə görə, ərazidə sahibsiz itlərin sayı çoxdur və onlar dəfələrlə insanlara hücum ediblər.
Vətəndaşlar bildirirlər ki, xüsusilə axşam saatlarında küçədə hərəkət etmək çətinləşir. Onlar aidiyyəti qurumlardan sahibsiz itlərin ərazidən uzaqlaşdırılmasını xahiş edirlər.
“Səhər saatlarında eşitdik ki, bir qadın azyaşlı qızı ilə buradan keçərkən yolda yatan sahibsiz it uşağın ayağından dişləyib. Sahibsiz itlər ərazini bürüyüb. 100-dən çox adamı it dişləyib. Axşam saatlarında buradan keçmək mümkün deyil”, – sakinlərdən biri bildirib.
“Qışqıranda gördüm ki, uşağı it tutub. Camaat toplaşdı. Təcili tibbi yardım gəlib azyaşlını apardı”, – digər sakin deyib.
İlkin məlumata görə, xəsarət alan uşaq Bakı şəhər sakini olan 4 yaşlı qızdır.
Şəki Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, it dişləməsi səbəbindən 2022-ci il təvəllüdlü azyaşlı noyabrın 21-də saat 11 radələrində xəstəxanaya yerləşdirilib.
Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub. Pasiyentə zəruri ilkin tibbi yardım göstərilib, yara işlənilib və quduzluq əleyhinə vaksin tətbiq edilib. Vəziyyəti stabil qiymətləndirilən uşaq ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
#Şəki teqi istifadə olunub
- Şəkidə bazarın yaxınlığında it hücumu: 4 yaşlı qız xəstəxanaya aparıldı - Baku TV CANLI
- “Vəhşidirlər, uşaqların günü qara olub!” - Şəhid ailələri, qazilər dəhşətli vəziyyətdən şikayətləndi
- "Gündə biri qaçmağa çalışır" | Sakinləri bezdirən məsələ | "Ağır xəstələr bu yolda ölüb" - Baku TV
- "Bizim axırımız necə olacaq?!" | Şəkinin ucqar dağ kəndinin sakinləri problemlə üz-üzə - Baku TV
- Şəkidə ağacları qanunsuz kəsənlərə qarşı əməliyyat keçirildi - 24 SAAT
