Pleyeri seçin:

Orxan Kəngərli narkotik tərkibli həbləri kimlərə satıb? - Əməliyyatın detalları - Baku TV

21 noyabr 2026 29 baxış

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində özünə məxsus "Vidal" aptekdə güclü təsir edən dərman preparatlarını narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satdığı üçün saxlanılıb.

Baxış zamanı aptekdən İran İslam Respublikasında istehsal edilərək ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik tərkibli güclü təsiredici "Diazepam" və "Pregabalin" (lirika) həbləri aşkarlanaraq götürülüb.

Araşdırma zamanı X.Mustafayevin narkotik tərkibli həblərin qanunsuz dövriyyəsini birlikdə təşkil etdiyi şəxslərin dairəsi də müəyyənləşdirilib. Davam etdirilən əməliyyatlarla həmin şəxslər – 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov da polis tərəfindən saxlanılıblar. Baxış zamanı bu şəxslərdən də güclü təsir edici "Pregabalin" həbləri aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, T.Əliyev narkotik asılılığı olan O.Kəngərli və hazırda şəxsiyyətləri istintaqla araşdırılan digərlərini tanışı X.Mustafayevlə əlaqələndirib. Bu şəxslər isə öz növbəsində müxtəlif vaxtlarda həmin aptekdən xüsusi resept əsasında satılması nəzərdə tutulan "Pregabalin" və digər adlarda olan psixotrop tərkibli preparatları qanunsuz yollarla əldə ediblər. Bəzi hallarda isə narkotik tərkibli həblərin ödənişi T.Əliyevin bank kartına köçürülərək bu yolla X.Mustafayevə çatdırılıb.

İstintaq zamanı müəyyən edilib ki, O.Kəngərli əldə etdiyi güclü təsiredici həblərdən şəxsi istifadəsi ilə yanaşı, müxtəlif vaxtlarda tanışı E.Aslanlıya və P.İsmayılova da satıb. Bu məqsədlə O.Kəngərli satdığı narkotiklərin gizlədildiyi yerin ünvanını qohumu M.Həsənov vasitəsilə E.Aslanlıya göndərib. Bundan başqa, O.Kəngərlinin digər qohumu T.Ağayevlə güclü təsiredici preparatların istifadə etməsi ilə bağlı apardığı danışıqlar, eləcə də həmin maddələri "liri", "lirik" "lirika" kimi şərti adlar altında əldə etməsinə dair məlumatlar texniki sübutlarla təsdiqini tapıb.

Qeyd edilən faktlarla bağlı O.Kəngərliyə və X.Mustafayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə adı keçən digər şəxslər barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində istintaq araşdırmaları davam etdirilir.

Banner
Yasamalda evdən meyit tapıldı | Cahangir Rüstəmovun oğlunun ölümü ilə bağlı təcili xəbər - Baku TV

Yasamalda evdən meyit tapıldı | Cahangir Rüstəmovun oğlunun ölümü ilə bağlı təcili xəbər - Baku TV

Hadisə
21 noyabr 2026 29 baxış
Mingəçevirdə mənzildən kişi meyiti tapılıb | Hadisənin səbəbləri araşdırılır - Baku TV

Mingəçevirdə mənzildən kişi meyiti tapılıb | Hadisənin səbəbləri araşdırılır - Baku TV

Hadisə
21 noyabr 2026 29 baxış
Mingəçevirdə dəhşət: Yaşayış binasında meyit aşkarlandı - 24 SAAT

Mingəçevirdə dəhşət: Yaşayış binasında meyit aşkarlandı - 24 SAAT

Hadisə
20 noyabr 2026 29 baxış
DTX-nin əməliyyatı ilə terror qruplaşmasının üzvləri müəyyən edilərək saxlanılıblar - Baku TV

DTX-nin əməliyyatı ilə terror qruplaşmasının üzvləri müəyyən edilərək saxlanılıblar - Baku TV

Hadisə
20 noyabr 2026 29 baxış
Elektrik dirəyinin aşması kənd sakinini böyük zərərlə üz-üzə qoyub - ƏSAS XƏBƏR

Elektrik dirəyinin aşması kənd sakinini böyük zərərlə üz-üzə qoyub - ƏSAS XƏBƏR

Hadisə
20 noyabr 2026 29 baxış
40 yaşlı hərbçinin evində nə baş verib? - Baku TV CANLI

40 yaşlı hərbçinin evində nə baş verib? - Baku TV CANLI

Hadisə
20 noyabr 2026 29 baxış
"İçki məclisi qurublar, sonra..." - Bilgəhdə qanlı hadisə | 74 yaşlı kişi bıçaqlandı - Baku TV

"İçki məclisi qurublar, sonra..." - Bilgəhdə qanlı hadisə | 74 yaşlı kişi bıçaqlandı - Baku TV

Hadisə
20 noyabr 2026 29 baxış
"9 min ziyan dəyib" | İnəklərin tələf olması ilə bağlı kim məsuliyyət daşıyır? - Qurumdan açıqlama

"9 min ziyan dəyib" | İnəklərin tələf olması ilə bağlı kim məsuliyyət daşıyır? - Qurumdan açıqlama

Hadisə
20 noyabr 2026 29 baxış
Məşhur istirahət mərkəzi əlindən alınan Tahir Qədəşov öldü - Baku TV

Məşhur istirahət mərkəzi əlindən alınan Tahir Qədəşov öldü - Baku TV

Hadisə
20 noyabr 2026 29 baxış
Bir qəza iki kəndi işıqsız qoydu | Lənkəranda zəncirvari qəza - Baku TV

Bir qəza iki kəndi işıqsız qoydu | Lənkəranda zəncirvari qəza - Baku TV

Hadisə
20 noyabr 2026 29 baxış
Seçilmişlər
icon