Pleyeri seçin:

SSRİ bayrağı ilə yürüşə cəhd edənlər barəsində hansı qərar verildi? - Baku TV

19 noyabr 2026 38 baxış

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, İbrahim Əsədli 2 il, Abdulla İbrahimli 2 il, Elçin Bayramlı 1,5 il, Mehman Zeynalov 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalov müəyyən olunaraq saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham edilib.

Kopyalandı
Banner
BDU-nun dosenti Nərman Süleymanov faciəvi şəkildə vəfat etdi - Baku TV

BDU-nun dosenti Nərman Süleymanov faciəvi şəkildə vəfat etdi - Baku TV

Hadisə
19 noyabr 2026 38 baxış
Badamdar sakinləri təşviş içində | Sürüşmə baş verən ərazidə yaşamaq risklidir - Baku TV

Badamdar sakinləri təşviş içində | Sürüşmə baş verən ərazidə yaşamaq risklidir - Baku TV

Hadisə
19 noyabr 2026 38 baxış
Paytaxtda törədilən qətllə bağlı yeni və diqqətçəkən məlumatlar məlum olub - Baku TV

Paytaxtda törədilən qətllə bağlı yeni və diqqətçəkən məlumatlar məlum olub - Baku TV

Hadisə
19 noyabr 2026 38 baxış
Dələduzluqda ittiham olunan şəxs niyə həbsə göndərilmədi? - Baku TV

Dələduzluqda ittiham olunan şəxs niyə həbsə göndərilmədi? - Baku TV

Hadisə
19 noyabr 2026 38 baxış
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatın nəticələri açıqlanıb - Baku TV

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatın nəticələri açıqlanıb - Baku TV

Hadisə
19 noyabr 2026 38 baxış
Bakıda marketdə arvadını döyən kişi ilə bağlı məhkəmə qərar verdi - Baku TV

Bakıda marketdə arvadını döyən kişi ilə bağlı məhkəmə qərar verdi - Baku TV

Hadisə
18 noyabr 2026 38 baxış
Bakıdakı qandonduran qətlin təfərrüatı

Bakıdakı qandonduran qətlin təfərrüatı

Hadisə
18 noyabr 2026 38 baxış
23 yaşlı Gülarənin qətli barədə dəhşətə gətirən detallar - Baku TV CANLI

23 yaşlı Gülarənin qətli barədə dəhşətə gətirən detallar - Baku TV CANLI

Hadisə
18 noyabr 2026 38 baxış
23 yaşlı Gülarə Mehdiyevanın qətli ilə bağlı yeni detallar - Baku TV

23 yaşlı Gülarə Mehdiyevanın qətli ilə bağlı yeni detallar - Baku TV

Hadisə
18 noyabr 2026 38 baxış
Samuxda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib - Baku TV

Samuxda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib - Baku TV

Hadisə
18 noyabr 2026 38 baxış
Seçilmişlər
icon