Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatın nəticələri açıqlanıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.
Nazirlikdən verilən məlumata görə, paytaxt ərazisində, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salyan rayonlarında keçirilən tədbirlərlə Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov, həmçinin İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıblar. Onlardan ümumilikdə 104 kiloqram narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Paytaxtda avtobusların hərəkəti necə asanlaşacaq? - Baku TV CANLI
- Ağstafada sursat partlayışı | Bir nəfər həlak oldu, bir nəfər xəsarət aldı - Baku TV
- Tələbələrin fotolarını montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
- Tələbələri şantaj edən şəxs saxlanıldı | DİN-dən sosial şəbəkə istifadəçilərinə çağırış - Baku TV
- Şəkidə ağacları qanunsuz kəsənlərə qarşı əməliyyat keçirildi - 24 SAAT
