Alimlər bunu da etdi | Qırılan sümüklər üçün hazırlanan yeni üsulun nəticəsi
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər insan orqanizminin özünü sağaltmaq qabiliyyətindən ilhamlanaraq xəstələrin öz qanından istifadə edərək qırıq sümükləri müalicə edəcək implant hazırlayıblar.
Bu material zədələrdə toxumaları bərpa etmək üçün formalaşan “regenerativ hematoma” adlanan strukturları dəstəkləyir.
Tədqiqatçılar laboratoriyada inkişaf etdirdikləri “peptid amfifillər” adlı zülalları insan qanına əlavə edərək “regenerativ hematoma”nın daha güclü və təsirli şəkildə meydana gəlməsini təmin ediblər.
Komanda bu üsulu siçovullar üzərində sınaqdan keçirib. Tədqiqatçılar gəmiriçilərin qanına peptidlər əlavə etməklə güclü “regenerativ hematoma” strukturları yaradıb və onları heyvanların kəllələrindəki boşluqlara yerləşdiriblər. Yeni implantdan istifadə edən siçovullarda sümük əmələgəlmə nisbəti 6 həftə ərzində yüzdə 62 faizə çatıb.
Araşdırma qrupunun fikrincə, yeni material qanla asanlıqla birləşə və 3D printerlə istehsal oluna bilər.
