"Allah iman gətirənləri qorxudur, nəinki..." | "Quran"da eşq barədə nə deyilir? - AMİN
Yeniliklərdən dərhal xəbərdar olun
“Amin” verilişində bu dəfə qiraətçi Xəzər Süleymanlı və ilahiyyatçı Mehman İsmayılovla ilahi eşq mövzusu müzakirə edilib.
Mehman İsmayılov ilahi eşqlə bəşəri sevginin fərqlərindən söz açıb:
“Eşq bizi həyata bağlayan zəncirin mühüm halqasıdır. Eyni zamanda insanları Yaradana yaxınlaşdıran ən möhkəm vasitədir. İlahi məhəbbət ilə bəşəri eşq bir-birindən fərqlidir. Bəşəri sevgi ilahi məhəbbətə gedən yolda körpü rolunu oynayır. Onu anlamadan ilahi eşqə çatmaq mümkün deyil”.
Xəzər Süleymanlı isə günümüzdə insanların bir-birlərinə qarşı göstərdiyi soyuq münasibəti aralarında sevginin olmaması ilə əlaqələndirib:
“Əgər mənəvi dəyərlərimizi qoruyub saxlasaydıq, evimizdə bişəndən qonşumuzun xəbəri olardı. Sosial şəbəkələrdə görürəm ki, kimsə ilan şəkli paylaşır və altına “bibim”, “qayınanam” kimi şərhlər yazırlar. Bu, insanlığın mənəvi tənəzzülə uğradığını göstərir. Mənəviyyatı yüksək olan bir cəmiyyətdə insanlar arasında heç vaxt məsafə olmur”.
