Pleyeri seçin:
Ana 2 uşağını niyə salonda atıb getdi? | Bakıda qəribə hadisə - Baku TV
Baku TV-nin araşdırdığı bu qeyri-adi hadisə paytaxt Bakıda, gözəllik salonlarının birində baş verib. Bir ana iki azyaşlı övladını salonda rəfiqəsinin yanında qoyaraq qeybə çəkilib. "Mehriban" Qadın və Uşaq Sığınacağından verilən məlumata görə, uşaqlar bir neçə gün baxımsız vəziyyətdə qaldıqdan sonra dövlət qurumlarının müdaxiləsi ilə sığınacağa yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, ana zərərli vərdişlərin aludəçisi olub və uşaqların təhsildən yayınmasına, sosial baxımsızlığına səbəb olub. Hətta uşaqlardan birinin ciddi ürək probleminin olduğu bildirilir. Hadisə cəmiyyətdə böyük rezonans doğurub və hazırda aidiyyəti orqanlar ananın tapılması və valideynlik hüququnun məhdudlaşdırılması istiqamətində iş aparır.
Kopyalandı
#Mehriban Qadın və Uşaq Sığınacağı teqi istifadə olunub
