Anar Quliyev Bakının yeni baş planından danışdı | Sənəd hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakının Baş Planı üzərində iş başa çatıb və tezliklə təsdiq ediləcək”.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı arasında “Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair” Sazişin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Koronavirus pandemiyası ilə əlaqədar mütəxəssislərin Bakıya gəlmək imkanı olmayıb, odur ki, məsələ bir az uzanıb. Sənəd hazırdır. Bir qədər əvvəl Bakıda və Sumqayıtda müəyyən sərhəd dəqiqləşmələri olub və bu məsələlər Baş Plana daxil edilib, yaxın günlərdə sənəd Nazirlər Kabinetinə yenidən təqdim ediləcək və tezliklə təsdiq olunacaq”, – deyə o qeyd edib.
#Anar Quliyev teqi istifadə olunub
- WUF13-ün beşinci günü | Çin səddinə kimi buraxır? | ABŞ Konqresi hesabat yaydı - YENİ BİR SƏHƏR
- Anar Quliyev WUF13 çərçivəsində gündəmə gətirilən məsələlərdən danışdı - Baku TV
- "12 şəhər, yüzlərlə kənd..." | Qarabağ və Şərqi Zəngəzurda görülən işlər barədə açıqlama - Baku TV
- WUF13-ün birinci günündə neçə nəfər iştirak edib? - Baku TV
- Anar Quliyev ölkəmizdə şəhərsalma sahəsində görülən işlərdən danışdı - Baku TV
