Cəmiyyət
Pleyeri seçin:
AQTA-dan yumurtaların kodlaşdırılmasına rəsmi açıqlama
“Azərbaycanda standartlara görə yumurtaların üzərinə vurulan kodlar istehsalçı müəssisədə avtomatik rejimdə vurulur. Bu kodlar istehsal tarixini və müəssisəni göstərir”.
Bu sözləri jurnalistlərə açıqlamasında baş baytarlıq müfəttişi, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev son günlər cəmiyyətdə narahatlığa səbəb olan yumurtaların üzərindəki kodlar barədə suala cavab verərkən deyib.
O bildirib ki, yumurtanın üzərinə əlavə kodların vurulması üçün tələb yoxdur: “Hansısa istehsalçı öz müştərisinin tələbinə uyğun olaraq yumurtanın üzərinə hər hansısa məlumat əlavə edə bilər. Amma bunun ümumi qida təhlükəsizliyi nəzarətinə heç bir aidiyyəti yoxdur”.
Kopyalandı
Seçilmişlər