AQTA yaydığı görüntülərlə restoranın yalanını üzə çıxardı - Baku TV
“Alp Delux” şadlıq evində keçirilən yoxlama zamanı ət məhsulunun tərkibində at DNT-si aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Analitik Ekspertiza Mərkəzinin müdir müavini Nərmin Babayeva məlumat verib.
Onun sözlərinə görə, yoxlama çərçivəsində götürülən nümunələr laboratoriyada müvafiq sınaqlara cəlb olunub:
“Keçirilən yoxlama çərçivəsində götürülmüş nümunələr laboratoriyaya təqdim edilmişdir. Təqdim olunmuş nümunələr müvafiq sınaqlara cəlb edilmiş və sınaqlar nəticəsində məhsulun tərkibində at DNT-si olduğu aşkar edilmişdir”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri İlkin Kərimov isə bildirib ki, aşkarlanan nöqsanlarla bağlı şadlıq evinin rəhbəri barəsində inzibati protokol tərtib olunub.
“Aşkarlanmış nöqsanlarla bağlı “Alp Delux” şadlıq evinin rəhbəri barəsində səlahiyyətli nümayəndənin iştirakı ilə inzibati protokol tərtib edilib və uyğunsuzluqlar səlahiyyətli şəxs tərəfindən etiraf olunub. Həmin nöqsanların aradan qaldırılması tələb edilib”, – deyə İ.Kərimov qeyd edib.
#Qida Təhlükəsizliyi Agentliyi teqi istifadə olunub
- Yeni qaydalar fermerlərə və ət bazarına necə təsir edəcək? - Baku TV CANLI
- Adi görünən bir səhlənkarlıq kütləvi zəhərlənmə ilə nəticələnə bilər - Baku TV
- Şad günün acı sonluğu | Toydan sonra restorana məhdudiyyət qoyuldu - Baku TV
- Dönərxanalara ət göndərən sexdə nələr aşkarlandı? - Baku TV CANLI
- “Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?
