Pleyeri seçin:

Arxa təminatda qalmağımı bildirdi, mən isə... | Müharibə iştirakçısı

13 oktyabr 2024 207 baxış

Birinci Qarabağ müharibəsində 18 yaşlı əsgər kimi iştirak edən Kamil Duniyev 30 il sonra oğlu ilə birlikdə Vətən müharibəsində iştirak edib.

Bu gün onların hər ikisinin müharibə xatirələri bir fotoalbomda toplanıb.

Peşəkar hərbi biliklərə yiyələnən K.Duniyev 2020-ci il Vətən müharibəsi zamanı polkovnik-leytenant rütbəsində Birinci Qarabağ müharibəsində əsgəri olduğu hərbi hissəyə komandir təyin edilir. Hərbi çağırışçı, sıravi Səfər Duniyev isə onunla eyni cəbhədə, Talış-Suqovuşan istiqamətində əsgər kimi döyüşlərə qatılır.

Onlar ön cəbhənin ayrı-ayrı istiqamətlərində vuruşsalar da, müharibənin ən qızğın anlarında, güllələr altında görüşə bilirlər.

“Müharibənin ilk günlərində Talış kəndi alınandan sonra təsadüf nəticəsində atamla qarşılaşdıq və görüşdük. Atam mənə evin tək oğlu olduğumu, bu səbəbdən mənə arxa təminatda qalmağımı bildirdi. Mən isə döyüş yoldaşlarımla bir yerdə müharibədə iştirak edəcəyimi söylədim”, – deyə müharibə iştirakçısı Səfər Duniyev bildirib.

Döyüşlər zamanı Talış kəndi ərazisində düşmənin basdırdığı minanın partlaması nəticəsində ata K.Duniyev ağır yaralanır, ayağının biri amputasiya edilir. Digər yaralarına görə isə hazırda da müalicə alır.

Polkovnik-leytenant Kamil Duniyev işğaldan azad olunan hər daşın, hər ağacın indi üçrəngli bayrağımızla bütövləşdiyini görməsini 30 illik hərb həyatının ən böyük mənası sayır.

Bu gün isə hər iki qazi, hər iki döyüşçü Vətən şəhidlərini ziyarət etməyi özlərinin müqəddəs borcu hesab edirlər.

Banner
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 207 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 207 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 207 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 207 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 207 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 207 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 207 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 207 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 207 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 207 baxış
Seçilmişlər
icon