Pleyeri seçin:

Atam məhz bu zindanda saxlanılıb | Repressiya qurbanlarının övladları elə şeylər danışdı ki...

03 aprel 2025 416 baxış

Ötən ilin noyabr ayında Baku TV komandası özünə borc bilərək “İldırım” təşkilatı haqqında sənədli film hazırlayıb.

Repressiyanın tüğyan etdiyi illərdə belə bir təşkilatın qurulması vətən sevgisinin ancaq çox yüksək həddə olduğu insanlarla mümkün idi. Zamanla sayları 8 nəfərə çatan bu təşkilatın üzvləri Bakı Dövlət Universitetinin tələbələri idi.

Bu yaxınlarda “Siyasi repressiya qurbanları” muzeyində “İldırımçı”lara həsr olunmuş guşənin yaradılması təqdirəlayiq addımdır.

Dövlət Sərhəd Xidmətinin inzibati binasında fəaliyyət göstərən muzeydə “İldırımçı”lar haqqında məlumatlar və sənədlər yer alır.

Repressiya qurbanlarının övladları sözügedən muzey haqqında təəssüratlarını Baku TV ilə bölüşüblər.

“İldırım” təşkilatının üzvlərindən olan Hacı Zeynalovun qızı Məhfuzə Zeynalovanın sözlərinə görə, 1937-38-ci illərdə repressiya olanların çoxu məhz bu zirzəmilərdə, bu məkanlarda saxlanılırdı:

“Mənim atam da bu zindanda saxlanılıb. Atam danışardı ki, oktyabrda onu tutub bura gətirdilər. Noyabr ayında artıq bir aydan çox idi ki, bu zirzəmidə dustaq idi. O, Üzeyir bəyin musiqisinin sədalarını eşitdi. Başa düşdü ki, Üzeyir bəy rəhmətə gedib.

Axşam bu barədə soruşanda atama bunu necə öyrəndiyini deyiblər. Onu həmin gecə çox incitdilər. Həqiqətən də, Üzeyir bəy o gün dəfn edilirdi. Musiqi sədaları isə bu zirzəmilərə də çatmışdı”. 

Banner
Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV

Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 416 baxış
Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV

Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 416 baxış
"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

Cəmiyyət
02 noyabr 2026 416 baxış
"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

Cəmiyyət
02 noyabr 2026 416 baxış
Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 416 baxış
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 416 baxış
Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Cəmiyyət
02 noyabr 2026 416 baxış
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 416 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 416 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 416 baxış
Seçilmişlər
icon