Avtobus və metroda sərnişindaşımanın qiyməti dəyişdi | Nazirlikdən qərar
Yeniliklərdən dərhal xəbərdar olun
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Bu barədə nazirlikdən bildirilib.
Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:
-Müntəzəm şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;
-Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;
-Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik.
Bundan başqa, Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiyməti 70 manat, Naxçıvan-Gəncə/Gəncə-Naxçıvan biletlərinin qiyməti 60 manat, Bakı-Gəncə/Gəncə-Bakı biletlərinin qiyməti 84 manat, eləcə də Bakı-Qəbələ/Qəbələ-Bakı 65 manat, Bakı-Füzuli/Füzuli-Bakı 78 manat, Bakı-Zəngilan/Zəngilan-Bakı 83 manat, Bakı-Lənkəran/Lənkəran-Bakı 65 manat, Bakı-Zaqatala/Zaqatala-Bakı istiqamətində biletlərin qiyməti isə 84 manat müəyyənləşib.
#Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi teqi istifadə olunub
- Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV
- Azərbaycanda avtonom nəqliyyat vasitələri necə fəaliyyət göstərəcək? - Baku TV
- Rəqəmsal inkişaf üzrə ictimai müzakirə | İnnovasiya və kibertəhlükəsizlik prioritetləri - Baku TV
- Bakıda “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib
- Rəşad Nəbiyev layihələrin necə həyata keçirildiyini açıqlayıb - Baku TV
