Avtobuslar nə vaxt yenilənəcək? - Qurumdan məsələ ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Yay gəlib, hava dözülməz istidir. Belə vəziyyətdə bəzi avtobuslarda kondisionerlərin işləməməsi vəziyyəti bir az da gərginləşdirir.
Bir tərəfdən avtobuslardakı sıxlıq, digər tərəfdən isti və havasızlıq sərnişinlərin narazılığına səbəb olur.
Bəs kondisinerlər niyə işləmir? Problem həllini nə vaxt tapacaq?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məsələ ilə bağlı bildirilib ki, hazırda Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermir:
“Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək”.
Qurumdan həmçinin bildirilib ki, ilk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib, artıq qaliblər də bəllidir.
#Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi teqi istifadə olunub
- “70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV
- Azarkeşlər stadiona hansı metrolardan pulsuz aparılacaq? - Baku TV
- Matça gedənlər üçün vacib məlumat | Stadiona ödənişsiz avtobuslar ayrılacaq - Baku TV CANLI
- Biləcəri qəsəbəsində yoxa çıxan dayanacaq problemi | AYNA məsələyə münasibət bildirdi - Baku TV
- “Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV
