Avtomobildə xeyli sayda pirotexniki vasitə tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Volkswagen sharan" markalı nəqliyyat vasitəsi ilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.DGK-dan Baku tv verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.Lakin yoxlama nəticəsində nəqliyyat vasitəsinin döşəməsində xüsusi düzəldilmiş yerdən vətəndaşın gömrük nəzarətindən gizlətdiyi, üzərində pirotexniki vasitə, 15 ədəd fişəng aşkar edilib. Faktla bağlı araşdırma aparılır
