Pleyeri seçin:
Aygün Bəylərin cənazəsini gətirən təyyarə yola düşüb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aygün Bəylərin cənazəsini Bakıya gətirəcək təyyarənin yanvarın 7-si yerli vaxtla saat təxminən 14:00-da yola düşməsi gözlənilir.
Bu barədə Baku TV-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, hazırda əməkdar artistin nəşi Bakıya gətirilməsi üçün hava limanına aparılır. Bildirilib ki, vida və dəfn mərasimlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək. Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətiriləcək.
Xatırladaq ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi yanvarın 6-sı gecə Türkiyədə vəfat edib.
Kopyalandı
#Aygün Bəylər teqi istifadə olunub
- Aygün Bəylərin xatirəsinə həsr olunmuş konsert keçirilib - Baku TV
- Aygün Bəyləri tez öldürən əsas səbəb | Röya ilə arasında nə yaşandı? - RETRO BAKU
- Əbülfəs Qarayev Aygün Bəylərdən danışdı | Hər şeyin öz vaxtı var
- Gövhər Rzayevadan Aygün Bəylərin yasında sənətçilərə sərt mesaj
- Məşhur müğənni Aygün Bəylərin ölümündən danışıb od püskürdü
