Pleyeri seçin:
Az maaşlı vakansiyalarla bağlı açıqlama
Azərbaycanda vakansiya bankında 10 min manata yaxın əməkhaqqı təklif olunan işlər var.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ölkənin ən böyük vakansiya bankı Dövlət Məşğulluq Agentliyindədir:
“Amma oradakı işlərə görə ödənilən əməkhaqqı dövlətin öhdəliyi deyil. Bu gün vakansiya bankında 345 manatdan başlayaraq 10 min manata qədər əməkhaqları olan işlər var. Lakin əksər hallarda az əməkhaqqılı vakansiyalar təqdim edilir. Lakin burada vacib bir məqam hər iki tərəfdə – işəgötürən və işaxtaranda inam formalaşmasıdır. Biz də buna nail oluruq”.
Kopyalandı
#Dövlət Məşğulluq Agentliyi teqi istifadə olunub
- Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV
- Cəbrayıldakı təsərrüfatlara mediatur | Neçə nəfər məşğulluq tədbirlərinə cəlb olunub? - Baku TV
- 11 istiqamət üzrə karyera imkanları gənclərə təqdim olunub - Baku TV
- "Bəzi işəgötürənlər xərcləri də qarşılayır" | Layihədə iştirak proseduru necədir? - Baku TV
- Layihədə iştirak proseduru necədir?
