Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Bakıda baş tutan sammit necə davam edir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib.
“Gələcəyə tərəf” devizi ilə keçirilən sammit gələcəyin peşə və bacarıqlarına dair strateji istiqamətlərin müəyyənləşdirilməsi, əmək bazarının yeni çağırışlarının dəyərləndirilməsi, eləcə də dövlət, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqi üçün vahid platforma rolunu oynayıb.
Sammitin əsas məqsədi əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqların inkişafına və mütəxəssislərin yeni çağırışlara adaptasiyasına dəstək göstərmək, insan kapitalının inkişafında beynəlxalq təcrübə və innovativ yanaşmaların tətbiqini təşviq etmək olub.
Qeyd edək ki, Gələcəyin Peşələri Sammiti noyabrın 27-də Naxçıvanda, dekabrın 4-də isə Xankəndidə ilk dəfə baş tutacaq.
#Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi teqi istifadə olunub
- Şəhid ailələri və müharibə əlilliyi olan şəxslərə yeni mənzillər verildi - Baku TV
- Beş şəhər və rayonda şəhid ailələri və müharibə əlilliyi olan şəxslər mənzillə təmin olundu
- Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV
- Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV
- Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib - Baku TV
