Pleyeri seçin:
AZAL Rusiyanın hansı şəhərinə bütün uçuşları ləğv etdi? | Səbəb açıqlandı
Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən AZAL uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.
Bu barədə AZAL-dan məlumat verilib.
"Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", – məlumatda deyilir.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV
- Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV
- 44 səhifəlik sənəd Moskva ilə Tehranın uzunmüddətli planlarını üzə çıxardı - Baku TV CANLI
- Duqindən Putinlə bağlı sensasiyalı açıqlama
