Azərbaycan Daxili Qoşunlarının yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə DİN-dən məlumat verilib.
Daxili Qoşunların Baş İdarəsində keçirilən tədbirdə çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.
O qeyd edib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, ölkəmizdə keçirilən COP29 kimi mötəbər beynəlxalq tədbir zamanı qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.
Tədbirə yekun vuran nazir V.Eyvazov Daxili Qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb - Baku TV
- Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV
- Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
