Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistana qarşı aparılan hüquqi məsuliyyət tədbirləri çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsinə təqdim ediləcək əsas iddia − 30 illik hərbi işğal dövrünə aid bütün faktları əks etdirən müfəssəl sənəd yekunlaşdırılıb.
Bu barədə Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, sənəd 2023-cü ilin yanvar ayının sonunda Beynəlxalq Ədalət Məhkəməsinə təqdim ediləcək. Həmçinin 12 oktyabr 2022-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində Azərbaycana qarşı yeni müvəqqəti tədbirlərə dair verilmiş vəsatəti rədd edib.
Onu da qeyd edək ki, növbəti ilin əvvəlində Azərbaycan tərəfi Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır.
