Azərbaycan mədəniyyətinə ağır itki
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev avqustun 3-də 82 yaşında vəfat edib.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993-2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb.
Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” Cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.
#Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi teqi istifadə olunub
- "Parçalanmış dünyada körpülərin qurulması" - Bakıda beynəlxalq forum - Baku TV
- Bakıda mədəni və dini irsin mühafizəsinə həsr olunmuş konfrans keçirilib - Baku TV
- “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans
- Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans - Baku TV
- 19-cu əsrdən qalma abidə uçma təhlükəsi ilə üz-üzə | Sakinlər nələri açıqladı? - Baku TV
