Azərbaycan Ordusunda döyüşə hazırolma üzrə tədbirlər keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Müasir ümumqoşun döyüşündə mühəndis təminatı manevr bölmələri tərəfindən döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün əlverişli şəraitin yaradılması, onların məhvetmə vasitələrindən qorunması səviyyəsinin yüksəldilməsi, həmçinin düşmənə mühəndis döyüş sursatları ilə itki verilməsi və onun fəaliyyətinin çətinləşdirilməsi məqsədilə təşkil edildiyi üçün mühəndis təminatı bölmələrinin şəxsi heyətinin hazırlığının daim yüksək səviyyədə saxlanılmasını tələb edir.
Müdafiə Nazirliyinin məlumatına görə, keçirilən məşğələ, toplantı və təlimlərdə əsas diqqət şəxsi heyətin nəzəri biliklərinin təkmilləşdirilməsi ilə yanaşı, onların döyüş sahəsində fəaliyyət zamanı praktiki vərdişlərinin möhkəmləndirilməsinə, tapşırıqların icrası zamanı yüksək dözümlülük, dəqiqlik, qorxmazlıq və özünəəminlik kimi keyfiyyətlərin aşılanmasına yönəldilir.
Praktiki məşğələlər zamanı düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatı, mühəndis maneələrinin qurulması və saxlanılması, maneələrdən və dağıntılardan keçidlərin açılması, ərazi və obyektlərin minalardan təmizlənməsi, maskalanma və düşmənin aldadılması kimi tapşırıqların icrası, eləcə də şəxsi heyətin fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılır.
#Əlahiddə Ümumqoşun Ordu teqi istifadə olunub
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- İlham Əliyev və Mehriban Əliyeva Naxçıvanda hərbi mərasimdə iştirak ediblər - Baku TV
- ƏÜO-da “Həyəcan” siqnalı | Bölmələrə tapşırıq verildi, “düşmən” məhv edildi
- Hərbi qulluqçularımız "Qış təlimi-2025"i uğurla başa vurdu
- Raket və artilleriya bölmələrinə tapşırıq verildi | MN-dən anbaan görüntülər
