Azərbaycana ucuz elektromobillər gətirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada elektromobillərdən istifadəyə keçid sürətlə davam etsə də, Azərbaycan üçün bu yenilikdir. Elektromobillərin sürücülərinin sözlərinə görə, vətəndaşlar bu nəqliyyat vasitələrini almağa ehtiyat edirlər.
Sürücü Nurlan Əliquliyevin sözlərinə görə, vətəndaşlar fərdi evin həyətində və ya qarajda xüsusi elektrik yuvası quraşdırmaqla elektromobili enerji ilə yükləyə bilərlər.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasınının icraçı direktoru Eyyub Əliyevin sözlərinə görə, vətəndaşların elektromobillərə üstünlük verməməsi infrastrukturla bağlıdır.
“Öncə enerji yükləmə məntəqələrinin sayı artırılmalıdır. Bu məntəqələrin yetərincə olması elektromobillərin satışına da müsbət təsir göstərəcək”, - deyə o qeyd edib.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, 2023-cü ildə elektromobillər üçün 100-ə qədər enerji yükləmə mərkəzlərinin qurulması planlaşdırılır.
