Azərbaycanda 845 qramlıq körpə dünyaya gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 845 qramlıq körpə dünyaya gəlib. Bu barədə Respublika Perinatal Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, Nargilə Əzizova 38 yaşında RPM-ə hamiləliyin 28-ci həftəsində “kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı” diaqnozları ilə daxil olub:
“Qadının 7 hamiləliyindən 3 qızı var. İkisi talassemiya xəstəsidir. 02.03.2023-cü il saat 00:40-da RPM-də qeysəriyyə kəsiyi əməliyyatı ilə çəkisi 845 qr, boyu 33 sm olan oğlan uşağı dünyaya gəlib. Uşaq yenidoğulmuşların reanimasiya şöbəsində, sonra isə patologiya şöbəsində müalicə alıb. 18.05.2023-cü il tarixdə kafi vəziyyətdə 79-cu günündə evə yola salınıb. Yola salınarkən çəkisi 1 450 qr olub”.
#Oğuz teqi istifadə olunub
- “Kimsə yiyəlik etsə...” | Oğuz stadionu görün nə halda qalıb - Baku TV
- Oğuzda anadangəlmə fiziki məhdudiyyətli qızın ailəsi kömək istəyir - Baku TV
- Oğuzda məhdudiyyətli qızın ailəsinin çarəsiz çağırışı - Baku TV CANLI
- Park, ya xarabalıq? | "Burada yaşamıram, qonağam" | 15 illik parkın acınacaqlı sonu - Baku TV
- "Böyük narazılıq var" | Bu parkı görənlər gözlərinə inanmaq istəmir - Baku TV
