Pleyeri seçin:
Azərbaycanda kartof və soğan əkini azalıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının əkin sahələrində azalma müşahidə olunur.
Rəsmi statistikaya görə, qida rasionunda mühüm yer tutan kartof və soğan əkini 10-12 faiz azalıb. Bu, həmin məhsulların qiymətinə təsir edəcəkmi?
İqtisadçı Elşad Məmmədov bildirib ki, əkin sahələrinin azalması istehsalın azalmasına şərait yaradacaq. İstehsalın azalması isə son nəticədə qiymət artımını şərtləndirəcək:
“Bu, idxalın artmasına və yerli məhsulların azlığı nəticəsində qiymətlərin artmasına öz təsirini göstərəcək”.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının sürətlə bahalaşmasını 2022-ci ildən müşahidə edirik. Həmin ildə qiymət artımı 20 faiz olub, 2023-cü ildə isə bu göstərici 15-16 faiz ətrafındadır.
Kopyalandı
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
