Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda Qurban bayramı qeyd olunur.
Bayram bu il ölkəmizdə iyunun 16-sı və 17-nə təsadüf edir.
Qurban bayramı bütün İslam aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən 3 gün davam edir.
Qurbankəsmə ayini təmiz şəraitdə, münasib yerlərdə icra edilməli, kəsilən heyvan sağlam olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə 5 ili olmalıdır.
Qurbanlıq əsasən 3 hissəyə bölünür. Bir hissəni qurban sahibi özünə götürür, digər hissə fəqir və kasıb ailələrə göndərilir, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
Qurban bayramı bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da dövlət səviyyəsində qeyd olunur.
#Qurban bayramı teqi istifadə olunub
- İnsanların axın etdiyi müqəddəs məkanın sirri | "Bu su üstlərinə düşsə..." - Baku TV
- Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib
- İşğaldan azad olunan rayonlarda Qurban bayramı qeyd edilir - Baku TV
- "Onların ruhu üçün dualar etdik" | Bayram namazı qılan sakinlər danışdı - Baku TV
- Azərbaycanda Qurban bayramı qeyd edilir - Baku TV CANLI
