Pleyeri seçin:
Azərbaycanın məşhur Xalq yazıçısı Mövlud Süleymanlı vəfat etdi
Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.
Bu barədə yazıçının oğlu məlumat verib. Mövlud Süleymanlının fevralın 21-də 81 yaşında dünyasını dəyişdiyi bildirilib.
Xalq yazıçısı səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edib. Onun “Köç”, “Ceviz qurdu”, “Səs” romanları çağdaş Azərbaycan romançılığının inkişafında bir pillədir.
Kopyalandı
#Mövlud Süleymanlı teqi istifadə olunub
