Azərbaycanlı tələbələr Türkiyədə mühüm tədbirdə iştirak etdi | Təlimin əsas məqsədi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı tələbələr İzmirin Qaziemir rayonunda yerləşən Ege Azad Bölgəsindəki “Space Camp Türkiye”də təlim keçib.
Türkiyə mediasının məlumatına görə, “Space Camp Türkiye” və Azərbaycan Kosmik Agentliyi arasında əməkdaşlıq çərçivəsində təşkil edilən xüsusi proqram zamanı 25 tələbə və 3 müəllimə kosmik texnologiya təlimi verilib.
Tələbələr kosmik texnologiyaları yaxından öyrənmək imkanı əldə edib, astronavt simulyatorlarının hazırlanması, Marsda məskunlaşma və Aya uçuş simulyasiyaları kimi proqramlarda iştirak ediblər.
Ege Azad Bölgəsindən təlimlərlə bağlı verilən açıqlamada bildirilir ki, “Space Camp Türkiye” proqramı azərbaycanlı tələbələrə nəzəri biliklərini praktikada tətbiq etmək və real kosmik təcrübə əldə etmək imkanı yaradıb.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
- Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini pozmaq istəyənlərə səsləndi - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Qardaşlığımızı sarsıtmaq istəyənlər arzularına heç vaxt çatmayacaqlar" | Prezident - Baku TV
