Azərbaycanlılar Brüsseldə "Ədalət yürüşü" keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan Güney Azərbaycan türklərinin iştirakı ilə “Azadlıq və ədalət yürüşü” adlı mitinq keçirilib. Aksiyanın əsas şüarı “Azadlıq, ədalət və milli hökumət” olub.
Mitinqin əsas məqsədi İran dövlətinin repressiv, anti-Azərbaycan, antitürk siyasətini hər mənada təzyiq altına almasına etiraz etməkdir. Eləcə də İranın Şimali Azərbaycana qarşı təhdid dolu, düşməncə siyasətinə etiraz edilib.
Aksiyanın təşkilatçısı Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatından bildirilib ki, İran açıq şəkildə Azərbaycanı müharibə ilə hədələyir, Ermənistanı öz qırmızı xətti elan edib. Azərbaycan-Türkiyə birliyinin qarşısında strateji İran-Ermənistan birliyi yaradıb. Bunların hamısı etirazlara səbəb olub.
#Belçika teqi istifadə olunub
- Belçikada büdcə ixtisarlarına qarşı narazılıqlar kütləvi hal alıb
- Belçikada büdcə ixtisarına qarşı etiraz aksiyaları keçiriləcək
- Belçika Ukraynaya daha üç “F-16” qırıcısı və əlavə maliyyə dəstəyi verəcək
- İttifaq ölkələrindən Belçikaya təzyiq | Fikir ayrılığına səbəb nədir? - BAKU TV CANLI
- Belçikadakı meşə yanğını Almaniyaya doğru irəliləyir
