Pleyeri seçin:

Bağırsağın insan orqanizmi üçün təhlükəsi | Mütəxəssis həyəcan təbili çaldı

17 fevral 2025 501 baxış

Əksər insanlar üçün onkoloji xəstəliklər genetika, pis ekologiya və həyat tərzi ilə əlaqələndirilir. Lakin xərçəngin inkişafında mühüm rol oynayan daha bir daxili faktor var. Bu, insan orqanizmində yaşayan patogen mikroblardır.

Rusiyalı mütəxəssis Aleksandr Seryakov bağırsaq mikroflorası ilə onkoloji proses arasındakı əlaqə barədə danışıb. O qeyd edib ki, yoğun bağırsaqda yaşayan patogen mikrofloranın necə davrandığını hər kəs bilmir.

“Bizim bağırsağımız 100 trilyondan çox mikroorqanizmdən ibarət mürəkkəb ekosistemdir. Bu bakteriyalar qidanı həzm etməyə kömək edir, infeksiyalardan qoruyur, böyüklərdə və uşaqlarda immunitet formalaşdırır. Lakin onların balansının pozulması şişlərin inkişafı üçün şərait yarada bilər. İnsana dost olan bakteriyalar belə vəziyyətdə patogenlərə çevrilir. Onlar hüceyrələrin DNT-sini zədələyir, xroniki iltihab və onkoloji proseslər yaradır, bəzi hallarda hətta şiş əleyhinə terapiyanın effektivliyini azaldır”, – deyə A.Seryakov qeyd edib.

Həkim bildirib ki, kolorektal xərçəng xəstələrinin mikroflorasının klinik tədqiqatları onların bağırsağında əsasən “Fusobacterium nucleatum”, “Bacteroides fragilis” və “Escherichia coli” bağırsaq çöpü kimi patogen və şərti patogen bakteriyaların üstünlük təşkil etdiyini göstərib.

Bu ştamların hər biri onkoloji proseslərin inkişafına öz töhfəsini verir. Məsələn, xərçəng xəstələrində bağırsaq mikroflorasının təxminən 80 %-nin fuzobakteriyalarla məskunlaşdığı məlumdur. Bu mikroorqanizmlər təkcə bağırsaqda iltihabi proseslər yaratmır, həm də bədxassəli şişlərin böyüməsini sürətləndirir.

A.Seryakov vurğulayıb ki, bağırsaqda fuzobakteriyaların, fragilis və “Escherichia coli”nin aktiv böyüməsi qoruyucu baryer rolunu oynayan faydalı bakteriyaların koloniyalarının əhəmiyyətli dərəcədə azalması fonunda baş verir.

Qeyd edək ki, laktobakteriyalar və bifidobakteriyaları artırmaq üçün rasionumuzda yumşaq pendirləri, təbii qatığı, ayranı, turşuya qoyulmuş kələmi, fermentləşdirilmiş məhsulları, göyərtiləri, təzə meyvə-tərəvəzləri, tam taxılları, paxlalıları artırmalıyıq.

#Aleksandr Seryakov teqi istifadə olunub

"29 İMZA..." adlı bədii-sənədli film təqdim edildi - Baku TV

"29 İMZA..." adlı bədii-sənədli film təqdim edildi - Baku TV

Cəmiyyət
27 iyul 2026 501 baxış
"Qaniçən", yoxsa böyük sərkərdə? | Azərbaycanı birləşdirən Şah Qacarın cəsədi niyə 2 yerə bölündü?

"Qaniçən", yoxsa böyük sərkərdə? | Azərbaycanı birləşdirən Şah Qacarın cəsədi niyə 2 yerə bölündü?

Cəmiyyət
26 iyul 2026 501 baxış
"Uşaqda fərasətə bax!" | Şirkətləri aciz qoyan 18 yaşlı Zakir 100 mini necə ələ keçirdi? - XÜLASƏ

"Uşaqda fərasətə bax!" | Şirkətləri aciz qoyan 18 yaşlı Zakir 100 mini necə ələ keçirdi? - XÜLASƏ

Cəmiyyət
26 iyul 2026 501 baxış
Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb - Baku TV

Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb - Baku TV

Cəmiyyət
26 iyul 2026 501 baxış
Yayda toz, qışda palçıq | Cantəpə yolları sakinləri təngə gətirib - Baku TV

Yayda toz, qışda palçıq | Cantəpə yolları sakinləri təngə gətirib - Baku TV

Cəmiyyət
26 iyul 2026 501 baxış
Paytaxt və bölgələrdə sabaha gözlənilən hava şəraiti açıqlandı | Hava haqqında məlumat - Baku TV

Paytaxt və bölgələrdə sabaha gözlənilən hava şəraiti açıqlandı | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
26 iyul 2026 501 baxış
Xalq şairi müalicə aldığı xəstəxanada... | Nəriman Həsənzadənin vəziyyəti ilə bağlı açıqlama

Xalq şairi müalicə aldığı xəstəxanada... | Nəriman Həsənzadənin vəziyyəti ilə bağlı açıqlama

Cəmiyyət
26 iyul 2026 501 baxış
Mikrob yuvasına çevrilən bina | Antisanitar vəziyyət sakinləri təngə gətirdi - Baku TV

Mikrob yuvasına çevrilən bina | Antisanitar vəziyyət sakinləri təngə gətirdi - Baku TV

Cəmiyyət
26 iyul 2026 501 baxış
Badamdarda yol problemi sakinləri çıxılmaz vəziyyətə salıb - Baku TV

Badamdarda yol problemi sakinləri çıxılmaz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
26 iyul 2026 501 baxış
Xərçəng riskini azaltmağın yolları

Xərçəng riskini azaltmağın yolları

Cəmiyyət
26 iyul 2026 501 baxış
Seçilmişlər
icon