Bakı-Ağstafa-Bakı marşrutu ilə bağlı vacib məlumat | Bu tarixdən etibarən...
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 24 noyabr tarixində əlavə qatar reysləri təyin edib.
Bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, eyni zamanda sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər:
“Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur ki, COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər, sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar”.
Qeyd olunur ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.
#Azərbaycan Dəmir Yolları QSC teqi istifadə olunub
- Həccə gedəcək azərbaycanlılarla bağlı yenilik | Bakı-Tbilisi qatarını kimlər seçir? - YENİ BİR SƏHƏR
- Şad xəbər: Tbilisiyə qatar bileti ucuzlaşdı | Bakıda daha bir yol təmirə bağlanır - YENİ BİR SƏHƏR
- Tbilisiyə daha sərfəli qiymətə getmək mümkün olacaq - Baku TV
- ADY yükdaşıma imkanlarını artırmaq üçün lokomotiv parkını yeniləyir - Baku TV
- Xırdalan-Bakı xəttində yenilik | Sərnişinlər üçün şad xəbər - 24 SAAT
