“Bakı Hərrac Mərkəzi”nin yeni direktoru kim oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
“Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub. Bu vəzifəni Kamil Nəcəfov yerinə yetirəcək.
Kamil Nəcəfovun rəhbərliyi ilə mərkəzdə yeni imkanların yaradılması, iş proseslərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü işlər aparılacaq.
Qeyd edək ki, “Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi” 2016-cı il fevralın 12-də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilib.
Qurum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb. Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif dövlət qurumlarının, o cümlədən Vergilər Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, “AzerGold” QSC və müxtəlif bankların sifarişlərini icra edir.
