Bakı küçələri niyə dezinfeksiya olunmur?
Yay aylarının gəlməsi ağcaqanadların sayının kəskin şəkildə artmasına gətirib çıxarır. Bu cür həşəratların çoxalması isə xəstəliklərin yayılma riskini artırır.
Paytaxt sakinlərinin sözlərinə görə, bina evlərinin bir çoxunun zirzəmisi su ilə dolur. Buna görə də ağcaqanadlar çox olur: “Şikayət edəndə ayda-ildə bir dəfə gəlib təmizləyirlər. Müəyyən vaxtdan sonra yenə eyni hal baş verir”.
Bakı Şəhər Dezinfeksiya Mərkəzinin açıqlamasında isə bildirilir ki, epidemik vəziyyət nəzərə alınaraq ildə iki dəfə – yaz-yay və payız-qış mövsümlərində paytaxtda kütləvi dezinfeksiya tədbirləri aparılır.
Bundan əlavə, Dezinfeksiya Mərkəzi və tabeliyindəki qurumlar müəssisə və təşkilatlarla müqavilə bağlayaraq həmin müəssisələrin yerləşdiyi ərazilərdə ayda üç-dörd dəfə profilaktik dezinfeksiya tədbirləri həyata keçirirlər. Lakin son dövrlərdə bəzi dövlət qurumları və özəl şirkətlər, eləcə də Mənzil Kommunal İstehsal Birlikləri və müxtəlif park idarələri Dezinfeksiya Mərkəzi ilə deyil, tam ixtisaslaşmış özəl dezinfeksiya şirkətləri ilə müqavilə bağlayırlar.
#Malyariya xəstəliyi teqi istifadə olunub
- “Xəstəliyin başlanmasından 5-7 gün sonra vəziyyət daha da ağırlaşır” | Xəbərdarlıq
- Ağcaqanadların diqqətini daha çox kimlər cəlb edir?
- Səhiyyə naziri xəstəliklərlə mübarizədən danışdı | 2023-cü ildən bəri artıq...
- Milyonlarla insanın ölümünə səbəb olan xəstəlik | Min illərdir ki...
- Dünyanın ən təhlükəli canlısı | Hər il yüz minlərlə insan bu səbəbdən həlak olur
