“Bakı Metropoliteni” stansiyalarda çəkilən videodakı görüntülərə aydınlıq gətirdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Dünən gecə təxminən 23:55 radələrində “Bakı Metropoliteni”ni elektrik enerjisi ilə qidalandıran kabel xəttində qısaqapanma baş verib və bu səbəbdən “Dərnəgül”–“Azadlıq prospekti”–“Nəsimi” stansiyaları arasında qatarların hərəkətində qısamüddətli fasilə yaranıb”.
Bu sözləri “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hər üç stansiyada sərnişinlərin dərhal məlumatlandırılması, təhlükəsizlik tələblərinə və “Bakı Metropoliteni”nin normativ qaydalarına uyğun olaraq müvafiq tədbirlərin görülməsi təmin edilib:
“Həmçinin operativ şəkildə həmin sahənin alternativ elektrik mənbələrindən qidalandırılması və yüksək gərginliyin verilməsi təmin olunub. Qısa müddətdən sonra “Memar Əcəmi”–“Dərnəgül” istiqamətində qatarların hərəkəti bərpa olunub”.
#Bakı Metropoliteni teqi istifadə olunub
- “Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV
- Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR
- Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR
