Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirildi
3-4 oktyabr tarixlərində Bakıda "Nərgiz" klinikasının təşkilatçılığı ilə I Beynəlxalq Parazitologiya Konfransı keçirilib. Bu tədbir Azərbaycan səhiyyəsi üçün böyük əhəmiyyət daşıyır, çünki son illərdə parazitar və infeksion xəstəliklərə qarşı dərmanlara və insektisidlərə yaranan davamlılıq mübarizəni çətinləşdirir. Konfransın əsas məqsədi infeksionist, terapevt, pediatr, qastroenteroloq, cərrah və digər mütəxəssisləri bir araya gətirərək xəstəliklərin diaqnostika, müalicə və profilaktikası üçün yeni multidisiplinar yanaşmaları və elmi təcrübələri müzakirə etmək idi. Tədbirdə yerli və xarici nüfuzlu mütəxəssislər iştirak edib, həmçinin "workshop"lar keçirilib. Konfrans Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub.
