Bakıda hava necə olacaq? | Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 15-i və 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 16-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi 16-sı gündüzdən 17-si gündüzədək arabir güclənəcək. Havanın maksimal temperaturu 25-28 dərəcə isti olacaq.
Bölgələrdə də iyunun 15-dən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur.
Mülayim qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 28-33, dağlıq ərazilərdə isə 15-18 dərəcə isti olacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
