Bakıda oğurluq kameraya düşdü
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıdakı ticarət mərkəzlərindən birində 2 qadın tərəfindən edilən oğurluq təhlükəsizlik kameralarına düşüb. Qadınlar öncə alıcı kimi mağazaya daxil olublar. Yanlarında satıcının olmadığını müəyyən etdikdən sonra orda satılan paltarları öz geyimlərinin içərisində gizlədərək mağazadan çıxıblar. Onlar 3 bahalı mal oğurlayıblar. Nəticədə sahibkara 450-500 manat ziyan dəyib. Oğurluq anının əks olunduğu görüntüləri "XəzərXəbər”in votsap nömrəsinə göndərən mağaza sahibi bildirib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Kopyalandı
