Bakının bu ərazisində hərəkət tam məhdudlaşdırılacaq | Sürücülərin nəzərinə!
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının bir sıra küçə və prospektlərində sentyabrın 7-si saat 22:00-dan sentyabrın 8-i saat 03:00-dək nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcək.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Yerüstü Nəqliyyat Agentliyi birgə məlumat yayıb.
Bildirilib ki, Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
"Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək", – məlumatda qeyd olunub.
#Nəqliyyatın məhdudlaşdırılması teqi istifadə olunub
- Sürücülərin nəzərinə | Bu tarixdə Bakının bəzi ərazilərində diqqətli olun, çünki... - Baku TV
- Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV
- Sürücülərə vacib məlumat | Hava limanı istiqamətində hərəkət məhdudlaşır - 24 SAAT
- Sürücülərdən alternativ marşrutlara üstünlük vermələri xahiş olunur
- Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
