Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda Baş Prokurorluğun təşkilatçılığı ilə ictimaiyyətlə əlaqələrin genişləndirilməsi, hüquqi maarifləndirmə, ətraf mühitin mühafizəsi, eləcə də dövlət, media və vətəndaş cəmiyyəti əməkdaşlığına həsr olunan silsilə tədbirlər keçirilib.
İsmayıllı Rayon Prokurorluğunda media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə “Açıq qapı” günü təşkil olunub.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev bildirib ki, prokurorluq orqanları tərəfindən mütəmadi olaraq regionlarda işgüzar konfranslar keçirilir.
Onun sözlərinə görə, budəfəki konfrans prokurorluq, media və vətəndaş cəmiyyəti institutları arasında səmərəli münasibətlərin, etibarlı işgüzar əlaqələrin və yeni əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunub.
“Mövzu ətrafında olduqca maraqlı çıxışlar və təkliflər oldu. Hamısı dinlənildi. Fikrimcə, konfrans kifayət qədər uğurlu alındı. Bildiyimiz kimi, müasir dünyada informasiya mühiti olduqca sürətlə dəyişir, çox dinamikdir. Belə bir vəziyyətdə cəmiyyətimizin, vətəndaşlarımızın daha etibarlı, hüquqi cəhətdən düzgün əsaslandırılmış və xüsusən də operativ şəkildə məlumatlandırılmasına ehtiyac var.
Bildirmək istəyirəm ki, gələcəkdə də cəmiyyəti maraqlandıran, aktuallığı ilə seçilən mövzular ətrafında konfransların keçirilməsi təmin ediləcək. Bu fəaliyyət istiqaməti üzrə işlərimiz davam etdiriləcək”, – deyə Saleh Hacıyev bildirib.
#Baş Prokurorluq teqi istifadə olunub
- Bakıda Azərbaycan və Rusiya baş prokurorlarının ikitərəfli görüşü keçirildi - Baku TV
- “Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır” | İƏT-ə üzv dövlətlərin rəsmiləri Bakıda
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
