Baş Prokurorluq dörd nəfərin ölüm səbəbini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonu ərazisində mənzildən meyiti tapılan 4 nəfərin ölüm səbəbi açıqlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.
Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyi yerli KİV-ə açıqlamasında ölən şəxslərin dəm qazından boğulması ilə bağlı ehtimalların aşağı olduğunu bildirmişdi. Qurumun şöbə rəisi İlkin Behbudovun sözlərinə görə, "Azəriqaz" əməkdaşları həmin 4 nəfərin qazdan boğulma ehtimalı ilə bağlı mənzildə ilkin araşdırma aparmış, smart tipli sayğacın üzərinə baxış keçirilən zaman sayğacın bloklanmış şəkildə olduğu, yəni qurğudan qaz keçmədiyini müəyyən etmişdi.
#Nərimanov rayonu teqi istifadə olunub
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
- Boru partladı, küçə suya qərq oldu | Su borusu bir həftədir təmir edilmir? - Baku TV
