Bayram günlərində bizi hansı təhlükə gözləyir? | BDYPİ-dən müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
Cari ilin 11 ayı ərzində 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 344 nəfər həyatını itirib, 335 nəfər isə yaralanıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir:
“Bununla yanaşı, qeyri-qanuni sərnişin daşıyan şəxslərin bayramöncəsi sərnişin axınının artmasını fürsət bilərək məhz sürət rejiminin pozulması hesabına gün ərzində bir neçə dəfə səfərlər təşkil edəcəkləri ehtimal olunur.
Hərəkət intensivliyinin artması fonunda yolda müəyyən edilmiş sürət həddinin aşılması, yaxud sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi kimi kobud qayda pozuntuları isə sözsüz ki, sonda ağırlıq dərəcəsi yüksək olan avtomobil qəzalarının baş verməsinə real zəmin yarada bilər”.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha yüksək sürətin ağır faciələrə səbəb olduğunu xatırladır və qarşıdan gələn bayram günlərinin xoş əhvali-ruhiyyədə qeyd olunması üçün hər bir hərəkət iştirakçısını yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
