BDYPİ-dən sürücülərə vacib xəbərdarlıq | Bunları etmədən yola çıxmayın
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir:
“Həftəsonlarında əhalinin istirahət məkanlarına üz tutması, ailəvi ziyarətlərin və müxtəlif kütləvi tədbirlərin sayının artması ilə əlaqədar olaraq respublika yollarında nəqliyyat vasitələrinin hərəkət intensivliyində ciddi artım müşahidə olunur. Bu halda yol hərəkəti qaydalarına riayət edilməməsi və diqqətsizlik qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülərə və piyadalara müraciət edərək hər kəsi diqqətli olmağa və qaydalara ciddi şəkildə riayət etməyə çağırır.
Sürücülərin diqqətinə çatdırılır ki, nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamadan yola çıxmayın; sürət həddinə ciddi əməl edin və ara məsafəsini qoruyun; piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaldın və piyadalara üstünlük verin; sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadə etməyə yol verməyin.
Piyadaların nəzərinə çatdırılır ki, yolu yalnız müəyyən edilmiş keçidlərdən istifadə edərək keçin; mobil telefondan və qulaqcıqlardan istifadə etməkdən çəkinin; yolun hərəkət hissəsini keçərkən sürücülərlə göz təması yaradaraq hərəkətin təhlükəsizliyinə əmin olun. Qəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısından maksimal dərəcədə diqqət və məsuliyyət tələb olunur”.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
- Yol polisindən sürücülərə xəbərdarlıq | Tehran masaya yeni plan qoydu - YENİ BİR SƏHƏR
