Beyin və böyrək qanaxmasına səbəb olan dərmanlar | Nə etməliyik?
Yeniliklərdən dərhal xəbərdar olun
Qandurulducu dərmanların nəzarətsiz istifadəsi ölüm riskini artıra bilər.
Yüksək riskli insanlara profilaktik olaraq tətbiq edilən qandurulducu müalicələr trombozun qarşısını almaq məqsədi daşıyır.
Qandurulducu dərmanlar fərqli təsir mexanizmlərinə malikdir və hər bir xəstə üçün fərdi seçim vacibdir. Bir xəstə iki müxtəlif qandurulducu dərmanı birlikdə istifadə etdikdə ciddi beyin və böyrək qanaxması baş verə bilər.
Bu cür xoşagəlməz halın yaşanmaması üçün hansı şəxsə, hansı növ və müddətdə qandurulducu dərmanın istifadə olunacağına yalnız həkim qərar verməlidir. Özbaşına belə dərmanların qəbulu təhlükəlidir.
Damar tıxanmasının qarşısını almaqda fiziki aktivlik mühüm rol oynayır. Hər gün ən azı 5-6 min addım atmaq və oturaq işlərdə çalışanların hər iki saatda bir neçə dəqiqə hərəkət etməsi qan dövranını yaxşılaşdırmağa kömək edir.
Piylənmə, siqaret çəkmə və qeyri-sağlam qidalanma kimi risk faktorlarının aradan qaldırılması zəruridir.
#Dərman vasitələri teqi istifadə olunub
- Dərmanların keyfiyyətinə kim nəzarət edir? - Sumqayıtdakı hadisənin səbəbi - Baku TV
- “Mədənizi darmadağın edəcək, içməyin!” | “Dərman” deyib satdılar, nəticəsi şok etdi - Baku TV
- “Qırmızı Körpü” postunda şübhəli yük avtomobili saxlanıldı - Baku TV
- “Qırmızı Körpü” postunda saxlanılan yük maşınında görün nələr aşkarlandı - Baku TV CANLI
- "Gənclik iksiri" adlanan bu preparat ilk dəfə insan bədəninə yeridildi
