Biləsuvarda ailəsini atıb gedən qadının axtarışları
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayon sakini olan 1997-ci il təvəllüdlü Günel Hüseynzadə mayın 12-də heç kimə demədən evdən çıxaraq Bakıya yola düşüb. Bundan sonra yaxınları ondan hər hansı bir xəbər ala bilmədiyindən polisə müraciət ediblər.
İtkin düşən qadının atası Şaiq Əliyevin sözlərinə görə, gəlin köçdüyü ailədə Günelin mobil telefon işlətməsinə icazə verilməyib. Bununla belə, o, bir neçə dəfə telefon əldə etməyə çalışıb.
Günelin həyat yoldaşı Orxan Hüseynzadəni hazırda himayəsində olan 2 övladı narahat etdiyindən ailənin gələcək taleyi barədə qərar verməkdə aciz qalıb. İtkin gəlinin dəqiq yerini isə hələ ki bilən yoxdur.
Qeyd edək ki, itkin düşən Günel Hüseynzadənin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
#Biləsuvar teqi istifadə olunub
- Biləsuvarda toy mərasimindən sonra qohumlar arasında bıçaqlı dava faciə ilə bitdi - Baku TV CANLI
- Biləsuvarda şadlıq sarayında dəhşətli hadisə - Baku TV
- "Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV
- Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI
- Biləsuvarda qorxulu hadisə | Məclisə gələn insanlar niyə xəstəxanalıq oldu? - Baku TV CANLI
