İranla sərhəddə sel təhlükəsi: fövqəladə qərargah yaradıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarın İranla sərhəd kəndləri axşam saatlarından sel təhlükəsi ilə üz-üzə qalıb.
Sel sularına daha yaxın kəndlər olan Yuxarı Ağalı və Əmən kənd sakinləri qəfil yaxınlaşan sel təhlükəsi ilə bağlı artıq təxliyə olunub. Eyni zamanda Muğankənd əhalisi də təhlükəsiz əraziyə keçirilib. İran ərazisindəki dağlardan gələn sel suları artıq sözügedən kənd ərazisindən keçən Bolqarçaya daxil olub. Bundan əvvəl isə ilkin sel dalğası sərhəd yaxınlığında yerləşmiş arıçılıq təsərrüfatına və boş ərazilərdə yerləşən maldarlıq obalarının sahəsinə daxil olaraq ziyan vurub.
Hazırda sel sularının axını sürətlə davam edir. Yaranmış vəziyyətlə bağlı post-patrul xidməti gücləndirilmiş iş şəraitinə keçib. Sakinlərin sözlərinə gör, sel suları məcəradan çıxarsa, fəsadların qarşısını almaq mümkün olmayacaq. Bir sıra texnika sel sularının təhlükəsiz istiqamətə yönəlməsi üçün hazır vəziyyətə gətirilib.
Mövcud vəziyyətlə bağlı digər qonşu kəndlərdə, eləcə də Biləsuvara yaxın Cəlilabadın bir sıra kəndlərində təhlükənin qarşısını almaq məqsədilə hazırlıq görülür. Vəziyyətlə bağlı fövqəladə qərargah yaradılıb. Hazırda yaradılmış qərərgah vəziyyətə nəzarət edir. Fövqəladə Hallar Nazirliyinin, eləcə də Su-Melorasiya İdarəsinin rəhbər şəxsləri də hadisə yerindədirlər.
#Biləsuvar teqi istifadə olunub
- Biləsuvarda toy mərasimindən sonra qohumlar arasında bıçaqlı dava faciə ilə bitdi - Baku TV CANLI
- Biləsuvarda şadlıq sarayında dəhşətli hadisə - Baku TV
- "Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV
- Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI
- Biləsuvarda qorxulu hadisə | Məclisə gələn insanlar niyə xəstəxanalıq oldu? - Baku TV CANLI
