Bilgəh çimərliyində acınacaqlı vəziyyət | Zibili yerə atanlar cərimələnəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bilgəh çimərliyində antisanitar vəziyyət hökm sürür. Yayın isti günlərində sərinləmək üçün dənizə üz tutan sakinlər gətirdikləri zibillərlə dənizi çirkləndirirlər.
“Burada zibillərini qoyub gedirlər. Hər dəfə gələndə başqalarının tulladıqlarını da götürüb atıram ki, ətrafımda zibil olmasın”, − sakinlərdən biri söyləyib.
Ərazidəki problemlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bilgəh qəsəbəsi ərazisində yerləşən ictimaiyyətə açıq dənizkənarı ərazidə əmələ gələn tullantıların toplanılması üçün tələbata uyğun olaraq 6 yerdə olmaqla 15 ədəd tutum yerləşdirilib. Həmin tutumlar özüboşaldan nəqliyyat vasitələri ilə gündəlik olaraq tam təmizlənir.
Gün ərzində Rayon Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları sahə zolağında pərakəndə halda səpələnmiş tullantıları 2 dəfədən az olmayaraq toplayırlar. Amma maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara baxmayaraq, istirahətə gələn vətəndaşlar günün müxtəlif saatlarında tullantıları tutumlara atmaq yerinə, ətrafı zibilləyirlər.
Hüquqşünas Vüsal Cəfərov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsinə əsasən, tullantılar haqqında qanunvericiliyin pozulması inzibati xəta kimi müəyyən edilib:
“266.3-cü maddəyə əsasən, məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə fiziki şəxslər 300, vəzifəli şəxslər 1000, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə edilirlər”.
#Zibil problemi teqi istifadə olunub
- Sakinlər qəbiristanlığın ətrafına atılan tullantılardan təngə gəlib
- "Qoxudan dayanmaq olmur..." | Mehdiabadda antisanitar vəziyyət - Göl zibil poliqonuna çevrilib?
- Mehdiabadın bitməyən problemləri | Sakinlər zibillərini atmağa yer tapa bilmirlər - Baku TV
- "İçməli suya qarışır" | Mehdiabad sakinləri niyə belə yaşamağa məcbur qalıb? - Baku TV
- Sakinlər zibillərini atmağa yer tapa bilmirlər
